Yığma komandamız “Tour of Mazandaran” beynəlxalq velosiped yarışında iştirak edib
Velosiped üzrə Gənclərdən ibarət milli yığma komandamız “Tour of Mazandaran” beynəlxalq velosiped yarışında iştirak edib. Komandamızı Elmar İlyasov, Ruslan Həsənov, Fərid Həşimzadə və Muradəli Kurabəyov təmsil edib.

“Tour of Mazandaran” beynəlxalq velosiped yarışının ümumi nəticələrinə əsasən gənclərdən ibarət milli komandamızın velosipedçisi Elmar İlyasov 200 idmançı arasında 44-cü olub. Yarışın qalibi isə Kazaxstanın gənclərdən ibarət milli komandasının üzvü Qalyam Axmetov olub. İranlı velosipedçi Rza Şərifi ikinci, özbək velosipedçi Rəsul Tulanov isə üçüncü olub.

Xəbər 966 dəfə oxundu.