Naci Şensoyun yeni klubu müəyyənləşdi
"Turan"ın keçmiş baş məşqçisi Naci Şensoy özünə yeni komanda tapıb. Təcrübəli mütəxəssis Albaniyanın "Kukesi" klubu ilə anlaşıb. Bu haqda Şensoyun özü "facebook"dakı profilində status paylaşıb: "Avroliqanın üçüncü təsnifat mərhələsində "Trabzonspor"a uduzaraq, mübarizəni dayandıran Albaniyanın "Kukesi" klubu ilə mövsümün sonuna qədər - 1 illik müqavilə imzaladım. Ümid edirəm ki. bu mövsüm "Kukesi" ilə çempionluq sevinci yaşayarıq və ölkə xaricində çox sevdiyim ölkəmi layiqli şəkildə təmsil edərəm".

Xəbər 819 dəfə oxundu.