"Qalatasaray" Droqba ilə müqaviləni yeniləyir
"Qalatasaray" Didye Droqba ilə müqaviləni yeniləmək qərarı verib.

Son olaraq Çempionlar Liqasında "Yuventus"la matçda yaxşı oyunu ilə diqqət çəkən Fildişi sahilli hücumçuya klub yanvar ayında müqaviləni uzatmağı təklif edəcək.

Baş məşqçi Roberto Mançini və klub prezident Ünal Aysalın Droqbanı futbolçu karyerasını bitirənə qədər "Cim-bom"da saxlamaq istədiyi bildirilir.

35 yaşlı oyunçunun bu təklifə hansı cavab verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Droqbanın "Qalatasaray"la müqaviləsi mövsümün sonu bitir.

Xəbər 868 dəfə oxundu.