“Çelsi” “Portu”dan futbolçu aldı
İngiltərənin "Çelsi" klubu 2014/2015 mövsümü üçün ilk transferini indidən gerçəkləşdirib.

London təmsilçisi "Portu"dan Nikolas Otamendini heyətinə qatıb. Bu transfer üçün klub 20 milyon avro ödəyib.

Müqaviləyə əsasən argentinalı müdafiəçi yeni mövsümdən "Çelsi" formasını geyəcək.

Qeyd edək ki, N.Otamendi ilə "Barselona" və "Milan"ın da maraqlandığı iddia edilirdi.

Xəbər 886 dəfə oxundu.