"Nə qədər yanıldığımı indi anlayıram"
Karlos Teves İtaliya mətbuatına açıqlaması zamanı nə qədər yanıldığını ifadə edib:

"İtalyan futbolu haqda çox düşündüyümü söyləyə bilərəm. Elə düşünürdüm ki, İtaliyada heç kim qaçmır, görüşlər isə çox ləng və adi olur. Nə qədər yanıldığımı indi anlayıram. Əslində İtalyan futbolu - oynadığım çempionatlar arasında ən çətin futbol növüdür. Əsas diqqət çox sayda kiçik detallara ayrılır. Fiziki və taktiki hazırlıq baxımından çox çalışmalı oluruq. Reallıq gözlədiyimdən tam fərqli oldu".


Aynurə

Xəbər 819 dəfə oxundu.