"Traktor Sazi"dən növbəti qələbə
Futbol üzrə İran çempionatının 12-ci həftəsinin oyunları keçirilib.

Tehranın Təxti adına stadionunda Təbrizin "Traktor Sazi" klubu ilə yerli "Rah ahən" ("Dəmiryolu") komandası arasında keçirilən oyun qonaqların xeyrinə başa çatıb.

Qarşılaşmanın birinci hissəsində "Traktor Sazi" 2 qol vurub. İkinci hissədə isə ev sahibələri bir qola fərqlənib.


Beləliklə, ümumi hesab 1:2 hesabı ilə təbrizlilərin xeyirinə başa çatıb.

Bu qələbədən sonra "Traktor Sazi" 22 xalla turnir cədvəlində 2-ci yerə yüksəlib.

Xəbər 884 dəfə oxundu.