Rusiyada uğurlu çıxış

Taekvondo üzrə böyüklər və gənclərdən ibarət milli komandamız Rusiyada keçirilmiş açıq beynəlxalq turnirdə 13 medal qazanıb. Sentyabrın 5-dən 8-dək Çelyabinskdə təşkil edilmiş yarışda böyüklərdən Fəridə Əzizova (67 kq) 1-ci pilləni tutub. Bayraməli Vəliyev (80 kq) gümüş, Xəyalə Quliyeva (46 kq) və Günay Ağakişiyeva (57 kq) bürünc medal qazanıblar.
Gənclərdən ibarət seçmə komandamız isə vətənə 9 mükafatla qayıdıb. Taekvondoçularımızdan Nərminə Məmmədova (44 kq), Mikayıl Əliyev (51 kq) və Elvin Əliyev (+78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalfıblar. Elmar Bədəlli (45 kq), Hüseyn Mehrəliyev (59 kq), Ələkbər Ələkbərli (68 kq), Təranə Məmmədoba (46 kq), Günay Ağayeva (52 kq) və Aytən Səmədli (59 kq) bürünc medala layiq olublar.



Xəbər 1092 dəfə oxundu.