"İnter" Sumqayıtda son məşqinə çıxdı
Bu gün Topaz Premyer Liqanın 9-cu turu çərçivəsində "İnter" klubu səfərdə “Sumqayıt”ın qonağı olacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda ötən gün Sumqayıta gəlib və saat 16:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşq çıxıb.

Məşq 1 saata yaxın davam edib. Qaçışdan və isinmə hərəkətlərindən sonra futbolçular taktiki tapşırıqlar üzərində çalışıblar, məşq prosesi asma və qapıya zərbələrlə tamamlanıb. Futbolçular oyunöncəsi son hazırlıqlarını digər taktiki tapşırıqları yerinə yetirməklə başa vurublar.

Qeyd edək ki, "Sumqayıt" - "İnter" matçı sabah saat 16:00-da başlayacaq.

Xəbər 916 dəfə oxundu.