Kasilyas: "Problemlərdən qaçmaq fikrində deyiləm"
"Real"ın qapıçısı İker Kasilyas "Kopenhagen"i 4:0 hesbaı ilə darmadağın etdikləri oyun haqda danışıb. Təcrübəli qolkiper gələcək karyerası haqda da söz açıb: "Qəbələ qazananda əhval-ruhiyəm çox gözəl olur. Əsas komandanın qələbə qazanmasıdır. Qapıda mənim, ya da Dieqo Lopesin durmasının ciddi fərqi yoxdur. Həmkarım son zamanlar əla oyun sərgiləyir. Bu səbəbdən də mən daha çox çalışmalı oluram. Pis gün də olur, yaxşı gün də. Amma problemlərdən qaçmaq fikrində deyiləm. Uzun müddət ehtiyatda qalmağıma baxmayaraq, komandanı tərk etmək barədə düşünmədim. Sona kimi komandada qalmaq və karyeramı da elə "Real"da bitirmək istəyirəm".

Xəbər 1155 dəfə oxundu.