UEFA-dan Kloppa iki oyunluq cəza
"Borussiya"nın (Dortmund) baş məşqçisi Yurgen Klopp iki oyunluq cəzalandırılıb.

Buna alman mütəxəssisin Çempionlar Liqasının qrup mərhələsində "Napoli" ilə matçda hakimə qarşı kobud hərəkət etməsi səbəb olub. Əvvəlcə baş məşqçinin 1 oyunluq cəzalandıran UEFA son müzakirədə onun 2 matçlıq cəzalandırılması ilə bağlı qərar verib.

Qeyd edək ki, 46 yaşlı mütəxəssis sözügedən qarşılaşmadan sonra verdiyi açıqlamada hakimə qarşı meymun kimi davrandığını etiraf etmişdi.

Xəbər 845 dəfə oxundu.