"Bavariya" itkisiz irəliləyir
Çempionlar Liqasının qrup mərhələsində son olaraq "Mançester Siti"ni səfərdə 3:1 hesabı ilə məğlub edən "Bavariya" klubu tarixinə keçib.

Bu mövsüm hələlik heç bir turnirdə xal itirməyən Münhen təmsilçisinin çıxışı hər kəs tərəfindən bəyənilib.

"Bavariya" son oynadığı 73 matçın 72-də qol vurmaqla tarixə düşməyi bacarıb. Alman klubunun qol vura bilmədiyi yeganə matç isə ötən mövsüm Çempionlar Liqasında "Arsenal"la oyuna təsadüf edib. Həmin matç 0:2 hesabı ilə nəticələnmişdi.

Qeyd edək ki, "Bavariya" hazırda ÇL-in "D" qrupunda 6 xalla liderdir.

Xəbər 822 dəfə oxundu.