Ağcabədidə rayon birinciliyi keçirilib
Sentyabrın 30-da Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Budo döyüş növləri üzrə gənclər arasında rayon birinciliyi keçirilib.

Ağcabədi rayon mərkəzi stadionunda 21 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, Budo döyüş növlərinin inkişaf etdirilməsi olub.

Sonda birinciyə Vəliqulu Babayev, ikinciyə Elşən Şöhrətli, üçüncü yerə Zamin Muxtarov layiq görülüblər.

Xəbər 843 dəfə oxundu.