Millimizin üzvü qol vurdu, komandası mərhələdə adladı
Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" klubu Türkiyə kubokunun II turunda "Bucak Bələdiyyəspor Oğuzxanspor"la qarşılaşıb.

Sivasda keçirilən oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb.

Oyunun start heyətində meydana çıxan Özkara final fitinə qədər meydanda olub. Millimizin üzvü matçın 49-cu dəqiqəsində rəqib qapısına yol tapmaqla hesabı 2:0-a çatdırıb. Yekunda 5:0 hesabı ilə qələbə qazanan "Sivasspor" növbəti mərhələyə adlayıb.

Xəbər 858 dəfə oxundu.