Hafiz Məmmədov: «Komandada dönüş yaratmışıq»
««Bakı» klubunun hədəfi hər zaman çempionluq olub. Qarşıda böyük işlərimiz var. Əminəm ki, yeni uğurların qazanılması anı uzaqda deyil». Bunu idman.com.az saytına açıqlamasında «Bakı» futbol klubunun prezidenti Hafiz Məmmədov dedi. O, cari mövsüm komandada dönüş yaradıldığını bildirdi:

«Ötən çempionatda da yaxşı oynadıq. Amma təəssüf ki, sonda mükafatçılar sırasına duşmədik. Düzü, həmin vaxtı işimizi bu gün hazırlayırdıq. Artıq komandada dönüş yaratmışıq. Əvvəllər legionerlərin xidmətindən çox istifadə edirdiksə, indi üstünlüyü yerli futbolçulara vermişik. Əfran İsmayılov, Cavid Hüseynov, Rauf Əliyev və Kamran Ağayev uğurlu transferlərimizdəndir. Xarici tərəfdaşlarımızın təcrübəsindən yararlanırıq. Baş məşqçi Milinko Pantiçin gəlişi böyük nailiyyətdir.

Cari mövsümdə çox iddialıyıq. Avroliqada mübarizə aparmaq istəyirik. Qışda və yayda da transferlərimiz olacaq. Oyun üslubumuz da dəyişib. Hər kəs işimizi bəyənib, dəstəkləyir».

Xəbər 3163 dəfə oxundu.