Dünya çempionatına gedəcək heyət bəlli oldu
Qazaxıstanda keçiriləcək boks üzrə dünya çempionatında çıxış edəcək milli komandamızın heyəti məlum olub. İdman.com.az saytı xəbər verir ki, iyunda Belarusda təşkil olunan Avropa çempionatından fərqli bu dəfə heyətdə 3 dəyişiklik edilib. 56 kq çəki dərəcəsində karyerasını başa vuran Samir Məmmədovu Cavid Çələbiyev əvəzləyib.

2012-ci ildə gənclər arasında dünya birinciliyinin mükafatçısı olmuş Pərviz Bağırov da Almatıda rinqə çıxacaq. O, 69 kq çəki dərəcəsində Tamerlan Abdullayevi əvəzləyib. Ailəsində baş vermiş faciə səbəbindən Avropa çempionatında iştirak etməyən Sultan Migitinov (75 kq) mundialda öz bacarığını gəstərməyə çalışacaq. Qeyd edək ki, milli komandamız hazırda Qazaxıstanda yerli boksçularla təlim-məşq toplanışındadır.

49 kq – Salman Əlizadə
52 kq – Elvin Məmişzadə
56 kq – Cavid Çələbiyev
60 kq – Elvin İsayev
64 kq – Heybətulla Hacəliyev – 2011-ci il AÇ-nin bürünc mükafatçısı
69 kq – Pərviz Bağırov
75 kq – Sultan Migitinov
81 kq – Rauf Rəhimov
91 kq – Teymur Məmmədov
+91kq – Məhəmmədrəsul Məcidov

Baş məşqçi Vladimir Zolotaryov, məşqçi Nəriman Abdullayev.
Dünya çempionatının döyüşləri oktyabrın 14-dən 26-a kimi Almatıdakı Boluan Şolak İdman Mərkəzində keçiriləcək.

Xəbər 1072 dəfə oxundu.