Alina Hacıyeva dünya birinciliyindən bürünclə döndü
Bolqarıstanın Albena şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə dünya birinciliyinə yekun vurulub. Yarışda 3 boksçu ilə iştirak edən Azərbaycan milli komandası 1 bürünc medalla kifayətlənib. Yeniyetmələrin yarışında gücünü sınayan Alina Hacıyeva (80+ kq) bir döyüşdə qələbə qazanıb, birində məğlub olmaqla bürünc medal əldə edib. Boksçumuz yarımfinalda Rusiya təmsilçisi Mariya Şişmarayevaya uduzub. Anaxanım Ağayeva (51 kq) və Məryəm Cəbrayılova isə yarışı mükafatsız başa vurublar.

Xəbər 1292 dəfə oxundu.