"Traktor Sazi"dən növbəti qələbə
Təbrizin "Traktor Sazi" klubu ötən gün İran çempionatında növbəti matçına çıxıb.

Təbriz təmsilçisi XI tur çərçivəsində öz meydanında "Naft Tehran" klubu ilə qarşılaşıb.

Görüş "Traktor Sazi"nin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Oyunun 8-ci dəqiqəsində Kərim Ansari fərqlənib.

Qeyd edək ki, "Traktor Sazi" 11 turdan sonra 19 xalla turnir cədvəlinin IV pilləsində qərarlaşıb.

Xəbər 920 dəfə oxundu.