Norveç yığmasında yeni baş məşqçi
"Yurqorden"nin baş məşqçisi Per-Matias Höqmo bundan sonra Norveç millisini çalışdıracaq. Bu barədə adıçəkilən ölkənin futbol federasiyası məlumat yayıb. Höqmo yığma ilə 4 illik müqavilə imzalayıb. Amma komanda Fransada keçiriləcək AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanmasa, federasiyanın onunla sövdələşməni birtərəfli şəkildə ləğv etmək hüququ var. Çalışdırıcı "Yurqorden"ni mövsümün sonunda tərk edəcək.

Xəbər 952 dəfə oxundu.