7 saylı cəzaçəkmə müəssisəsində voleybol üzrə turnir keçirilib
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq sentyabrın 26-da 7 saylı cəzaçəkmə müəssisəsində voleybol üzrə turnirin final mərhələsi keçirilib.

Final oyununda Şahin komandası Muğan komandası üzərində 2–0 set fərqi ilə qalib gələrək birinci yeri tutub.

Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilib. Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 924 dəfə oxundu.