"Barselona" ciddi itki ilə üzləşib
"Barselona" ciddi itki ilə üzləşib. Müdafiəçi Xavier Maskerano 10-15 gün yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belə ki, La liqada "Real Sosyedad"la matçda 35-ci dəqiqədə zədələnin argentinalı futbolçunun zədəsinin ciddi olduğu məlum olub.

Bununla da Maskerano Çempionlar Liqasında "Seltik"lə oyunda forma geyə bilməyəcək.

Xəbər 881 dəfə oxundu.