Beylin “Real”a transferi baş tutmaya bilərmiş
"Tottenhem"dən 91 milyon avroya "Real"a transfer olan Qaret Beylin Madrid klubuna keçidi baş tutmaya bilərmiş.

Uelsli yarımmüdafiəçinin meneceri Conatan Bernett “Real”la Premyer Liqa təmsilçisi arasında razılığın az qala pozulacağını deyib: "Tottenhem" Beylə komandada qalması üçün olduqca yüksək məbləğ təklif etdi. Danışıqlar hər zaman qarşılıqla hörmətlə keçmirdi. Beyl üçün o zamanlar çox çətin idi. Bu səbəbdən klubdan ona bir neçə günlük istirahət verilməsini istədi".

Bernett bildirib ki, Beyl "Real"a pula görə getməyib: "Onun pula ehtiyacı olsaydı, "Tottenhem"də qalardı. O zamanlar Beylə yüksək məbləğ təklif edən başqa klublar da var idi".

Xəbər 989 dəfə oxundu.