"Qəbələ" 10-cu qələbəyə doğru
“Qəbələ” Topaz Premyer Liqasının VIII turunda “Simurq”la qarşılaşacaq.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 29-da baş tutacaq görüş rəqiblər arasında 23-cü matç olacaq.

İlk dəfə hər 2 komandanın I dəstədə mübarizə apardığı 2005/06 mövsümündə üz-üzə gələn tərəflər indiyədək 22 dəfə görüşüb. Baş tutan qarşılaşmalardan 18-i Premyer Liqa, 2-si Azərbaycan kuboku, 2-si I dəstəyə təsadüf edib. Bu oyunlarda 9 qələbəsi olan “Qəbələ” yubiley – 10-cu uğurun astanasındadır. Daha 5 görüşdə 1 xalla kifayətlənən “qırmızı-qaralar” 8 dəfə meydanı məğlub tərk edib. Top fərqində isə bu üstünlük daha böyükdür – 25-20. Bu üstünlüyün səbəbi qarşılaşmalarda qeydə alınan hər 2 böyükhesablı qələbənin Qəbələ təmsilçisinin hesabında olmasıdır.

“Simurq”la görüşlərdə vurulan 25 qola “Qəbələ”nin 22 oyunçusu imza atıb. Yalnız Deon Bartonla Kristian Torres hərəyə 2 qol vurub. Daha 1 qolu isə zaqatalalılar öz qapısına vurub. Barton həm də “qırmızı-qaralar”ın heyətində yeganə dubl müəllifidir.

I dəstədəki hər 2 oyunda da, kubokda isə 1 matçda və ümumi nəticədə qalib gələn “Qəbələ” Premyer Liqa oyunlarında baş tutan 18 görüşdə 18 qol vurub. Bu matçlarda 6 qələbə qazanıb, 5 heç-heçə edib, 7 dəfə uduzan “qırmızı-qaralar” top fərqində üstünlüyə malikdir – 18:17.

12-ci dəfə “Simurq”un qonağı olacaq “Qəbələ” rəqib meydanında 3 qələbə qazanıb və eyni sayda bərabərliyə nail olub. Digər 5 matçda isə zaqatalalılar qalib gəlib. Səfərdə 10 qolu olan “qırmızı-qaralar” öz qapısından 13-nü buraxıb.





2005/06. Birinci dəstə
05.10.2005. Göy-Göl (Xanlar) - Simurq (Zaqatala) - 2:0
Oleq Osadçi, 56, Rövşən Əhmədov, 58

2005/06. Birinci dəstə
01.03.2006. Simurq (Zaqatala) - Gilan (Xanlar) - 1:3
Ramin Nəsibov, 56-p. - Rövşən Vəliyev, 45+1, Rəşad Yusubov, 72-p., Əli Abışov, 76

2006/07. Premyer Liqa
23.10.2006. Gilan (Qəbələ) - Simurq (Zaqatala) - 1:2
Rəhman Əzizov, 65 - Elnur Məmmədov, 2, Ramin Nəsibov, 75

2006/07. Premyer Liqa.
07.04.2007. Simurq (Zaqatala) - Gilan (Qəbələ) - 3:1
Ramin Nəsibov, 50, 59, Aqşin Ömərov, 52 - Vitali Balamestnı, 28

2007/08. Premyer Liqa.
15.09.2007. Simurq (Zaqatala) - Qəbələ - 2:0
Ramil Sayadov, 21, Andrey Danayev, 67

2007/08. Azərbaycan kuboku, 1/8 final
24.10.2007. Qəbələ - Simurq (Zaqatala) - 1:0
Abdulkader Öz, 9

2007/08. Azərbaycan kuboku, 1/8 final
31.10.2007. Simurq (Zaqatala) - Qəbələ - 2:1
Samir Musayev, 79, Aleksandr Malıgin, 90+4 - Abdulkader Kamara, 76,

2007/08. Premyer Liqa.
27.04.2008. Qəbələ - Simurq (Zaqatala) - 1:0
Şəhruz Mustafayev, 63

2008/09. Premyer Liqa.
23.11.2008. Qəbələ - Simurq (Zaqatala) - 0:0

2008/09. Premyer Liqa.
11.05.2009. Simurq (Zaqatala) - Qəbələ - 1:0
Vladimir Mazyar, 84

2009/10. Premyer Liqa.
16.08.2009. Qəbələ - Simurq (Zaqatala) - 2:1
Kənan Kərimov, 11; İqor Melnik, 23 - Sergey Artyux, 34

2009/10. Premyer Liqa.
28.11.2009. Simurq (Zaqatala) - Qəbələ - 1:1
Elşən Məmmədov, 47 - Aleksandr Malıgin, 86 (ö.q.)

2010/11. Premyer Liqa.
01.10.2010. Simurq (Zaqatala) - Qəbələ - 0:2
Saşa Yunisoğlu, 14; Terri Kuk, 85

2010/11. Premyer Liqa.
27.11.2010. Qəbələ - Simurq (Zaqatala) - 4:0
Deon Barton, 30 (p.); 61 (p.); Kristian Torres, 55; Arif İsayev, 90

2010/11. Premyer Liqa.
17.04.2011. Qəbələ - Simurq (Zaqatala) - 3:0
Milan Antiç, 34; Lyuba Baranin, 55; Kristian Torres, 88

2010/11. Premyer Liqa.
30.04.2011. Simurq (Zaqatala) - Qəbələ - 0:0

2011/12. Premyer Liqa.
29.10.2011. Qəbələ - Simurq (Zaqatala) - 0:2
Yevgeni Şmakov, 40; Robertas Poşkus, 59

2011/12. Premyer Liqa.
16.02.2012. Simurq (Zaqatal) - Qəbələ - 0:1
Viktor Mendi , 81

2012/13. Premyer Liqa.
04.08.2012. Simurq (Zaqatala) - Qəbələ - 1:1
İlkin Qırtımov, 66 – Dejan Kelhar, 15

2012/13. Premyer Liqa.
16.12.2012. Qəbələ - Simurq (Zaqatala) - 0:1
Mario Bojiç, 77

2012/13. Premyer Liqa.
05.04.2013. Qəbələ - Simurq (Zaqatala) - 1:1
Rodriges Assis, 54 - Tomislav Buşiç, 90

2012/13. Premyer Liqa.
03.05.2013. Simurq (Zaqatala) - Qəbələ - 2:0
Nicat Qurbanov. 54; 68

Xəbər 1147 dəfə oxundu.