"İnter"də ilk xorvatiyalı futbolçu
Topaz Premyer Liqanın 7-ci turunda keçirilən “İnter” - “Bakı” matçı "bankirlər" üçün bir sıra statistik göstəricilərlə də yadda qalıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunda fərqlənən Aleksandr İaşvili və Matiya Şpiçiç “İnter”in heyətində Azərbaycan çempionatının qarşılaşamalarında qol vurmaq müyəssər olmuş 77-ci və 78-ci futbolçular olublar.

Əgər təcrübəli A.İaşvili sayca 8-ci gürcüdürsə, M.Şpiçiç ölkə çempionatında “İnter”in heyətində qol vura bilmiş ilk xorvatdır.

Xatırladaq ki, çempionatın matçlarında “İnter”də hazırda çıxış edən ən yaxşı bombardir Baçana Sxadadzedir. Onun hesabında 18 qol var.

Qeyd etmək lazımdır ki, klubun tarixində yerli futbolçular istisna olmaqla komandanın heyətində Belarusdan, Ukraynadan, Serbiyadan, Nigeriyadan, Litvadan, Uruqvaydan, Bolqarıstandan, Çexiyadan, Boliviyadan, Latviyadan, Moldovadan, Braziliyadan, Makedoniyadan, Seneqaldan, Toqodan, Konqodan və Xorvatiyadan olan futbolçular fərqlənə bilmişdilər.

Xəbər 896 dəfə oxundu.