Vüqar heç-heçə etdi, Teymur isə öz işini çətinə saldı

Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Azərbaycan yığmasının üzvlərindən Vüqar Həşimov Ukrayna milli komandasının heyətində Olimpiadanın qalibi olan Ruslan Ponomaryovla heç-heçə oynayıb – 0,5:0,5.
Həşimovdan fərqli olaraq, Teymur Rəcəbov digər ukraynalı Olimpiya çempionu Vasili İvançukla görüşdən məğlub ayrılıb. O 41-ci gedişdə təslim olub – 0:1.
1/4 final mərhələsinin ikinci oyunları sabah keçiriləcək.

Xəbər 1024 dəfə oxundu.