Velosiped üzrə dünya çempionatında Azərbaycanı 4 idmançı təmsil edəcəkdir
24-29sSentyabr tarixində İtaliyanın Florensiya şəhərində velosiped idmanı üzrə dünya çempionatı keçiriləcəkdir. Yarışda Azərbaycan 4 idmançı ilə təmsil olunacaqdır.

“Elit” idmançılarının yarışında ölkəmizi Elçin Əsədov təmsil edəcəkdir. O, 56,8 km məsafədə yarışacaqdır. 23 yaşlılar arasında mübarizəyə isə Samir Cəbrayılov qatılacaqdır. Velosipedçimiz 42,79 km məsafədə qüvvəsini sınayacaqdır. Gənclərin yarışında Elgün Əlizadə və Nicat Niftəliyev birincilik uğurunda yarışacaqlar. Onlar 25,34 km məsafəni qət etmək naminə mübarizəyə qoşulacaqlar

Xəbər 893 dəfə oxundu.