Birinci divizionun təqvimində dəyişiklik edildi
Futbol üzrə Azərbaycan I Divizionunun təqvimində dəyişiklik edilib.

“Neftçala” və “Lokomotiv” klubları arasında 28 sentyabr tarixində keçirilməli olan oyun 29 sentyabrda “Bakı”nın təlim-məşq bazasında baş tutacaq.

Buna səbəb N.Nərimanov adına Neftçala şəhər stadionunda dövlət əhəmiyyətli tədbirin keçirilməsidir.

Bu komandalar arasında ikinci dövrənin 29-cu turunun “Lokomotiv” – “Neftçala” oyunu isə N.Nərimanov adına Neftçala şəhər stadionunda baş tutacaq.

Xəbər 871 dəfə oxundu.