“Bakı” Paris sərgisində
Bu gün Fransanın paytaxtı Parisdə “Top Resa” beynəlxalq turizm sərgisi öz fəaliyyətinə başlayıb.

Dünyanın bir çox ölkələrindən gələn qonaqlar tərəfindən maraqla izlənilən sərgidə ölkəmiz də təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın idman sektorunu "Bakı" FK təmsil edir. Kluba aid stendə Azərbaycan, "Bakı" və "Lans" futbol klubları haqqında maarifləndirici video çarxlar nümayiş etdirilir, eləcə də müvafiq təşviqat yönümlü məhsullar sərgilənir.

Sərginin ilk günündən sərgi iştirakçıları və qonaqlar “zolaqlılar”a məxsus guşəni xüsusi maraqla izləyirlər.

Qeyd edək ki, sərgi sentyabrın 27-dək davam edəcək. İki gün sonra isə “Port de Versal” mədəniyyət və turizm kompleksində “Bakı” və “Lans” arasında əməkdaşlıq sazişinin təqdimetmə mərasimi keçiriləcək. Tədbirdə "Bakı" və "Lans" klublarının yüksək səviyyəli rəhbərliyinin, futbolçularının, Azərbaycan və Fransanın kütləvi informasiya vasitələrinin, Fransanın Olivye Dakur, Jan Pyer-Papen kimi tanınmış futbol simalarının da iştirakı gözlənilir.

Xəbər 774 dəfə oxundu.