“Bakı” klubu məktəb və stadion tikmək istəyir

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də “Bakı” futbol klubunun yeni inşa olunan təlim-məşq bazasının açılışında iştirak edib. Açılış mərasimində klub rəhbərliyi ölkə başçısından 2 məsələ ilə bağlı müraciət edib. Bu barədə klubun icraçı direktoru Yaşar Seyidov mətbuata açıqlamasında bildirib.
Klub rəsmisi qeyd edib ki, bunlardan biri klubun futbol akademiyasında orta məktəbin tikilməsidir. Bu ona xidmət edir ki, akademiyada futbolun sirlərinə yiyələnən uşaqlar elə orada yerləşən məktəbdə təhsil alsınlar. İkinci məsələ isə, neçə illərdir yaranmasına baxmayaraq, öz stadionu olmayan bakılılara arenanın tikintisi üçün torpaq sahəsinin ayrılmasıdır.



Xəbər 1020 dəfə oxundu.