Kinq Trapattonini əvəz edəcək
İrlandiya gənclər yığmasının baş məşqçisi Noel Kinq müvəqqəti olaraq əsas komandada istefaya göndərilən Covanni Trappattonini əvəz edəcək. Bu barədə İrlandiya futbol federasiyasının rəsmi saytı məlumat verib.

Xatırladaq ki, 74 yaşlı italyan mütəxəssis Avstriyaya 0-1 hesablı məğlubiyyətdən sonra işindən azad edilmişdi. O 2008-ci ildən İrlandiya yığmasının baş məşqçisi idi. Onun rəhbərliyi ilə irlandlar son Avropa çempionatının final mərhələsinə yüksəlmişdilər.

Xəbər 916 dəfə oxundu.