Fatih Terim “Qalatasaray”a "yox" dedi
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim klubun ona təklif etdiyi iki illik müqaviləni rədd edib.

Bu barədə "Cim Bom"un prezidenti Ünal Aysal jurnalistlərə açıqlamasında deyib:

"O, "Antalyaspor"la matçdan sonra müqaviləni yeniləməyi qəbul etmədi. Mənə "bir illik uzadırdıq, indi iki il deyirsiniz" dedi. Terimin qərarına hörmət edirik".

Aysal bildirib ki, qarşdakı 24-48 saat ərzində baş məşqçi ilə bağlı son qərar veriləcək: "Qərarsızlıq çox pisdir. Rəhbərliklə danışıb, qarşıdakı 24-48 ərzində qərarımızı verəcəyik. Hazırda heç bir baş məşqçi ilə danışıqlara başlamamışıq. Lazım olsa, ən yaxşı yerli və ya əcnəbini komandaya gətirə bilərik".

Xəbər 842 dəfə oxundu.