Neymara qarşı kobudluq
"Barselona" ilə hələlik rəsmi matçlarda qol vura bilməyən, ancaq dörd qol ötürməsi ilə diqqəti cəlb edən braziliyalı Neymar bir başqa statisiktada da komanda yoldaşlarını geridə qoyub.

Hücumçuya qarşı indiyə kimi 23 dəfə kobudluq edilib. Bu isə Neymarı Kataloniya klubunda ən çox kobudluğa məruz qalan futbolçu edib.

Qeyd edək ki, Messiyə qarşı isə bu mövsüm 7 dəfə kobud oynanılıb.

Xəbər 895 dəfə oxundu.