Runi "Mançester Siti"yə məğlubiyyəti şərh etdi
"Mançester Yunayted" klubunun hücumçusu Ueyn Runi "Mamçester Siti" məğlubiyyəti haqda danışıb.

İngilis futbolçu komandada vəziyyətin yaxşı olmadığını bildirib:

"Vəziyyətimiz heç də yaxşı deyil. Özümüzü toparlamalı və hazırki uğursuzluqdan uzaqlaşmalıyıq. "Mançester Siti"yə məğlub olmaq yaxşı olmadı. Ruh düşkünlüyü yaşadıq. Qol vurmağım heç nə ifadə etmədi. Qarşıda "Liverpul" matçı var. Bu görüş də bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bu oyunda qalib gəlməliyik".

Qeyd edək ki, "Mançester Yunayted" klubu səfərdə "Mançester Siti"yə 1:4 hesabı ilə məğlub olub.

Xəbər 933 dəfə oxundu.