Totti: "Derbilər adi matçlara bənzəmir"
"Roma"nın kapitanı Françesko Totti "A" seriyasının dördüncü turu çərçivəsində Roma derbisində "Latsio"nu (2:0) hesabı ilə məğlub etdikləri oyundan danışıb. Totti qeyd edib ki, Roma derbisi digər matçlardan tam fərqlənir: "Əvvəllər də dəfələrlə demişəm ki, derbilər adi matçlara bənzəmir. Derbidə qazanılan qələbə bütün mövsüm boyu komandanın uğurlu çıxışına təsir göstərə bilər. İndi qələbəni qeyd etmək barədə düşünmürük. Çünki qarşıdakı "Cenoa" ilə matç barədə düşünürük. Daha ciddi uğurlar qazanmaq üçün hər oyuna ciddi yanaşmalıyıq".

Xəbər 1065 dəfə oxundu.