Türkiyədə şahmat üzrə dünya çempionatı keçirilir
Türkiyənin Kocaeli şəhərində 20 yaşadək yeniyetmələr arasında şahmat üzrə dünya çempionatı keçirilir.

Turnirin doqquzuncu turunda yarışlarda ölkəmizi təmsil edən şahmatçı Murad Nuri İran şahmatçısı Ahmad Asgarizadehə qalib gələrək hesabına beşinci xalı yazdırıb. Şahmatçının növbəti turda rəqibi ukraynalı zəka sahibi Mikola Bortnik olacaq.
Digər idmançımız - Səbinə İbrahimova hesabında 6 xalla 7-14-cü yerləri bölüşdürür. O, növbəti turda İran şahmatçısı Mitra Hejazipourla ilə üz-üzə gələcək.
Çempionat 13 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 823 dəfə oxundu.