"Runi yeni rəqabətin olduğu kluba getmək istəyir"
PSJ-nin futbolçusu Tiaqo Silva "Mançester Yunayted"in futbolçusu Ueyn Runi haqqında danışıb.

O bildirib ki, ingilis hücumçu yanvar ayında Paris klubuna transfer oluna bilər:

"Runi yeni bir kluba getmək istəyir. Onun bu yay komandamıza gələcəyini düşünürdüm. Amma bu hələ də gerçəkləşə bilər. Onun gələcəyinin "MY"da olmadığı dəqiqdir. Runi yeni rəqabətin olduğu kluba getmək istəyir".

Xəbər 874 dəfə oxundu.