Səmti müəyyən edənlər Pirquluya toplaşdılar
20-22 sentyabrda Fövqəladə Hallar Nazirliyinin səmti müəyyən etmə idman növü üzrə I qapalı çempionatı baş tutub. İdman.com.az saytı xəbər verir ki, Şamaxı rayonunun Pirqulu qəsəbəsində (Vergilər Nazirliyinin Tədris Mərkəzi) keçirilmiş yarışda 23 komanda və eləcə də şəxsi hesabda idmançılar qüvvələrini sınamışlar.

Səmti Müəyyən Etmə İdman Federasiyasının təşkilatçılığı ilə 2 gün davam etmiş tədbirdə, komanda hesabında Bakı Regional Mərkəzi fərqlənib. Gümüş və bürünc medalları isə müvafiq olaraq Muğan Regional Mərkəzinin və Dövlət Sularında Xilasetmə Xidmətinin kollektivləri qazandılar.

Sözü gedən çempionatını yüksək səviyyədə keçirdiyi üçün, Səmti Müəyyən Etmə İdman Federasiyası "Tədbir medalı” ilə təltif edilib. Medal FHN-nin İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev tərəfindən təqdim olunub.

Xəbər 1802 dəfə oxundu.