“Barselona” yeni rekorda doğru
Bu mövsüm La Liqada ardıcıl beşinci qələbəsini qazanan "Barselona" yeni bir uğura imza atıb.

Kataloniya klubun bu beş matçda 18 qol vurub və qapısında cəmi 4 qol görüb. Bu statistika isə "Barsa" tarixinin üçüncü ən yaxşı göstəricisidir. Daha əvvəl komanda 1929/1930 və 2012/2013 mövsümündə ard-arda beş matçda qalib gəlmişdi.

Əgər klub "Real Sosyedad" və "Almeriya" ilə qarşıdakı matçlarda da qalib gəlsə, tarixindəki ən yaxşı starta imza atacaq.

Xəbər 883 dəfə oxundu.