Teymur Rəcəbov və Vüqar Həşimov Dünya Kubokunun dörddəbir finalında

Azərbaycan qrossmeysterləri Teymur Rəcəbov və Vüqar Həşimov Xantı-Mansıda keçirilən dünya kubokunun dörddəbir finalına çıxıblar.
1/8 finalın cavab oyunları günü Teymur Rəcəbov qələbə qazanıb. Rəqibi Dmitri Yakovenkonun debüt çıxışını tədricən neytrallaşdırmış Azərbaycan qrossmeysteri dörddəbir finala çıxıb. Həmin gün turnirin favoritlərindən biri olan Vüqar Həşimov Peter-Heyne Nilsenlə (Danimarka) təkbətək oyunda qara fiqurları əldə saxlaya bilməyib. Oyun 113 gediş davam edib və nəhayət, Həşimovun qətiyyətli müqaviməti qırılıb.
V.Həşimov tay-breyklərdə 1/8 finala çıxmaq uğrunda mübarizəni davam etdirib. Azərbaycan qrossmeysteri ilə Peter-Heyne Nilsen arasında keçirilmiş tay-breykdə oyunlar (hərəsi 25 dəqiqə+10 saniyə) 2:2 hesabı ilə başa çatıb. Sonra rəqiblər iki sürətli oyun (hərəsi 10 dəqiqə +10 saniyə keçiriblər. Bu oyunlarda azərbaycanlı qrossmeyster 2:0 hesabı ilə qalib gəlib ki, (oyunda ümumi hesab 4:2) bu da Həşimovun beşinci raunda çıxmasına imkan verib.

Xəbər 1026 dəfə oxundu.