"Beşiktaş" - "Qalatasaray" oyunu ilə bağlı 66 nəfər saxlanıldı
Dünən Türkiyə Superliqasının sonuncu turu çərçəvəsində keçirilən "Beşiktaş" - "Qalatasaray" matçında baş verən hadisələrlə bağlı 66 nəfər saxlanılıb.

Daxili işlər Naziri Muammer Güler şübhəli bilinən şəxslərin cəzalandrılıacağını açıqlayıb:

"Bütün kameralara baxılacaq. Bu cür hadisələrin qarşısını almaq üçün daha ciddi işlər görüləcək. Stadiondakı kameraların da sayı artırılacaq və üz tanıma sistemi qurulacaq. Matçlardan uzaqlaşdırılan insanlar bir daha stadiona daxil ola bilməyəcəklər".

M.Gülər bildirib ki, stadiona 8 azarkeş bilet olmadan daxil olub.

Qeyd edək ki, dünən baş tutan İstanbul derbisinin 90+3 dəqiqəsində qonaq komandanın futbolçusu Felipe Melonun qırmızı vərəqə alıb, meydanı tərk edən zaman formasını çıxararaq azarkeşlərə göstərməsi tribunaları ayağa qaldırıb.

Xəbər 860 dəfə oxundu.