İniyesta "Barselona"dan 17 milyon avro tələb edir
"Barselona"nın futbolçusu Andres İniyestnın müqaviləsini yeniləmək üçün klubundan istədiyi məbləğ məlum olub.

Kataloniya təmsilçisi yarımmüdafiəçiyə ilk olaraq 12 milyon avroluq yeni müqavilə təklif etmişdi.

Təcrübəli futbolçu bu təklifi rədd etmişdi. İniyestanın "Barsa"dan sözləşməni uzatmaq üçün illik 17 milyon avro istədiyi bildirilib. Klubun bu istəyə necə cavab verəcəyi maraqla gözlənilir.

Xəbər 797 dəfə oxundu.