"Qəbələ" liderliyə yüksəldi
Bu gün Topaz Premyer Liqada 7-ci turun oyunlarına start verilib.

İlk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında Qəbələnin eyniadlı komandası öz meydanında "Rəvan" klubunu qəbul edib. Yuri Syominin komandası bu görüşdə qələbə qazanacağı təqdirdə turnir cədvəlində liderliyə yüksələcəkdi. Klub "Rəvan"la matçda qalib gələrək birinci pilləyə qalxıb. Lakin "Qəbələ" zirvədə qalması üçün "Neftçi" və "Qarabağ" klubları 7-ci turda xal itirməlidir.

Qeyd edək ki, 7-ci tura sentyabrın 22-də keçiriləcək AZAL - "Xəzər Lənkəran" oyunu ilə yekun vurulacaq.

Xəbər 1038 dəfə oxundu.