"İnter" yubiley matçına çıxır
Həftəsonu İtaliya A Seriyasında "Sassuolo" ilə oyuna çıxacaq "İnter" komandasında bu matç yubiley mahiyyəti daşıyacaq. Hal-hazırda Milan klubunun hesabında 2699 qarşılaşma mövcuddur. Bu oyunlarda "İnter" 1338 dəfə qələbə qazanıb, 757 dəfə heç-heçə, 604 dəfə isə məğlubiyyət əldə olunub. Topların fərqində də "İnter" üstündür 4553-2793.

Xatırladaq ki, "İnter" A Seriyasında ilk oyununu 6 oktyabr 1929-cu ildə "Livorno"ya qarşı keçirib. Oyun "İnter"in 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 919 dəfə oxundu.