"İnter" səhmlərinin 70 faizini satır
Avropanın güclü klublarından biri olan "İnter"in səhmlərinin çox hissəsi satılır.

Klub prezindenti Massimo Moratti səhmlərinin 70 faizinin indoneziyalı iş adamı Erik Thorir tərəfindən alınacağını deyib. O, artıq bu barədə ilkin razılığa gəldiklərini bildirib: "Bir neçə dəfə də danışıqlarımız olacaq. Hər şey yolunda getsə, bir ay içində bütün işləri tamamlayacağıq".


Qeyd edək ki, 42 yaşlı Thohir cənub-şərqi Asiya Basketbol Federasiyasının prezidentidir.

Xəbər 884 dəfə oxundu.