Doha, İstanbul, Madrid, Roma, Tokio və Bakı...

Beynəlxalq Olimpiya Komitəsi 2020-ci ilin Yay olimpiya oyunlarının keçirilməsinə namizəd şəhərlərin rəsmi siyahısını elan edib. Ötən dəfə olduğu kimi, bu səfər də sıralamada Azərbaycan paytaxtının da adı var. Bakı gərgin rəqabətdə Doha (Qətər), İstanbul (Türkiyə), Madrid (İspaniya), Roma (İtaliya) və Tokio (Yaponiya) ilə mübarizə aparacaq.
Qarşıdakı 2 ildə namizəd şəhərlər BOK-un 2 mərhələdə aparılacaq sınaq prosedurundan keçəcəklər. 2013-cü il sentyabrın 7-də isə Argentina paytaxtı Buenos-Ayresdə qalib şəhər elan ediləcək.

Xəbər 1162 dəfə oxundu.