Yılmaz Vural Azərbaycandan təklif aldığını təsdiqlədi
Türkiyəli mütəxəssis Yılmaz Vural Azərbaycan milli komandasından təklif almasına münasibət bildirib.

Türkiyənin "Hurriyet" qəzetinə danışan Vural Azərbaycandan dəvət aldığını təsdiqləyib. O qeyd edib ki, azərbaycanlı millət vəkilinin dəvəti ilə Bakıda bir sıra tədbirdə iştirak edəcək.

Amma o, milli komandadan hansısa təklifdən xəbərdar olmadığını söyləyib.

Y.Vural Azərbaycana səfəri zamanı AFFA prezidenti ilə görüşəcəyini deyib: "Amma mənə milli komandada işləməklə bağlı təklifin hazırlanıb-hazırlanmadığını bilmirəm".

Xəbər 897 dəfə oxundu.