"Real"a 400-cü qolu vuran türk
"Qalatasaray"ın futbolçusu Umut Bulut "Real" (Madrid) klubunun tarixinə düşüb.

Çempionlar Liqasının qrup mərhələsində Madrid klubu ilə matçda türk oyunçu komandasının yeganə qolunu (1:6) vurub.

Bu qol isə "Real"ın Çempionlar Liqasında qapısında gördüyü 400-cü qol olub. Umutun bu qolunun Madrid klubunun arxivində öz əksini tapacağı bildirilib.

Xəbər 874 dəfə oxundu.