İquain: "A Seriyası La Liqadan daha güclüdür"
Ötən mövsüm Çempionlar Liqasında final oynayan və hazırda Bundesliqada lider olan bir klubu məğlub etdik. Bu qalibiyyət bizim üçün əla oldu".

Bu sözləri "Napoli"nin futbolçusu Qonzalo İquain Çempionlar Liqasının qrup mərhələsində "Borussiya" (Dortmund) ilə oyundan sonra deyib.

Bu yay "Real"dan İtaliya klubuna transfer olan argentinalı hücumçu La Liqa ilə A seriyasını da müqayisə edib: "La Liqada uğur əldə etmək daha asandır. Bunu dəqiq deyə bilərəm ki, A Seriyası La Liqadan daha güclüdür".

Xəbər 946 dəfə oxundu.