Arda Turan “Atletiko” ilə müqaviləni rəsmən yenilədi | |
"Atletiko"nun (Madrid) türk futbolçusu Arda Turan müqaviləni yeniləyib. 26 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2017-ci ilə qədər uzadılıb. Bununla da o, daha 4 il La Liqa təmsilçisinin şərəfini qoruyacaq. Arda klubu ilə müqaviləni yenilədiyini üçün özünü xoşbəxt hiss etdiyini deyib: "Burada özümü bir ailənin üzvü kimi hiss edirəm. "Altetiko"dakı uğurlarımı davam etdirməyə çalışacam. Hər kəsə təşəkkürümü bildirirəm". Qeyd edək ki, futbolçu 2011-di ildən Madrid klubunda forma geyir. |
|
Xəbər 1061 dəfə oxundu. |
|
|