Azarkeşlərdən etiraz
Çelsi azarkeşləri yavaş-yavaş Joze Mourinyoya etiraz etməyə başlayıblar. Buna səbəb onun kadr siyasətidir.

Belə ki, mütəxəssis ispan futbolçulara əsas heyətdə yer vermir. Xüsusilə də, Xuan Matanın oynamaması onları qıcıqlandırır. Əgər Torresin azarkeş kütləsi böyük olmasa da, Matanın fanat ordusu böyükdür. Bu rəğbəti də o, ötən ilki oyunu ilə qazanıb.

Keçən mövsüm komandanın ən çox ötürmə edən futbolçusu bu il Mourinyonun prinsiplərinin qurbanına çevrilib.

Son oyunda Bazelə məğlubiyyət Mourinyoya qarşı təzyiqləri bir qədər də artıracaq.Çempionlar liqasının oyununda artıq bəzi azarkeşlər bununla bağlı plakat da nümayiş etdiriblər.

Xəbər 769 dəfə oxundu.