Budapeştdə güləş üzrə dünya çempionatı davam edir
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.

Yarışı izləyənlər arasında üçqat Olimpiya çempionu Aleksandr Medved də vardır.

Tanınmış idman veteranı ilə görüşən Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev onun dünya güləşinin inkişafındakı xidmətlərini yüksək qiymətləndirmişdir. Görüşdə Olimpiya Oyunlarında güləşin saxlanılması, idmanın bu növünün qaydalarına edilən dəyişikliklər və dünya çempionatında pəhləvanların çıxışları müzakirə edilib.

Aleksandr Medved öz növbəsində beynəlxalq yarışlarda Azərbaycan yığmasının çıxışını həmişə izlədiyini bildirib, güləşçilərimizə qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Xəbər 1149 dəfə oxundu.